Azərbaycanda benzin istehsalı azaldıbackend

Azərbaycanda benzin istehsalı azaldı

2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda avtomobil benzininin istehsalı 3,7 faiz azalıb.

KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.

Qeyd olunub ki, ümumilikdə neft məhsullarının istehsalı sahəsində azalma müşahidə olunur. Cari ilin yanvar-fevral aylarında neft məhsullarının istehsalının ümumi dəyəri 646,5 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,4 faiz azalıb.

Neft məhsullarının istehsalında sürtkü yağlarının istehsalı 50,6 faiz, neft koksunun istehsalı 12,8 faiz artıb. Qazoylların (dizel yanacağının) istehsalı 0,6 faiz, ağ neft istehsalı 7,5 faiz, neft bitumu istehsalı 47,1 faiz, mazut istehsalı isə 90,8 faiz azalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*