Azərbaycanda bəzi müəllimlərə 2250 manat veriləcək – SİYAHIbackend

Azərbaycanda bəzi müəllimlərə 2250 manat veriləcək - SİYAHI

Elm və Təhsil Nazirliyi ümumtəhsil pilləsi üzrə dərsliklərin qrif üçün qiymətləndirilməsi işlərinə başlayıb.

KONKRET.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, nazirlik bununla bağlı bir sıra müəllimlə müqavilələr bağlayıb.

Müqavilələrə əsasən, bir neçə dərsliyin qrif üçün qiymətləndirilməsinə ali və orta təhsil məktəblərindən cəlb olunan müəllimlərin sayı 20 nəfər müəyyənləşib.

11 müəllimə 750 manat məbləğdə vəsait ödəniləcək:

– Zərifə Akif qızı Aslanova, İrina Vasilyevna Amelina, Simayə Hafiz qızı Teymurova, Afiq Dilbazi oğlu İsmayılov, Sevil Ənvər qızı Xəmmədova, Nəzakət Vaqif qızı Əbdürrəhimova, Esmira Mahmud qızı Quliyeva, Elgün Bəxtiyar oğlu Əliyev, Samirə Nizami qızı Zeynalova, Rəsmiyə Muradəli qızı Hümbətova, Gülnarə Adil qızı Məcidova.

6 müəllimə 1500 manat məbləğdə vəsait ödəniləcək:

– Məhsəti Müseyib qızı Rəhimova, Leyla Eldəniz qızı Əkbərova, Aygün Ağabağır qızı Bağırlı, Rəhman Həkim oğlu Piriyev, Sənubər Abdulrəhim qızı Məmmədova, Gülnarə Əjdər qızı Səlimova.

3 müəllimə 2250 manat məbləğdə vəsait ödəniləcək:

– Asif Xatabala oğlu Hacıyev, Mehriban Səyavuş qızı Zeynalova, Elmira İsmayıl qızı Mehdiyeva.

Qeyd edək ki, qrif – ümumi təhsil müəssisələrində dərsliyin istifadəsi üçün Elm və Təhsil Nazirliyi tərəfindən verilən eyniləşdirmə nömrəsidir. Bu, tədris vəsaitlərinə nəşr hüququ verilməsi deməkdir. Ümumi təhsil müəssisələrində istifadə edilməsi üçün dərsliklərin təsdiqlənməsi onlara qrif verilməsi yolu ilə həyata keçirilir.

Dərsliyə qrif verilməsi ümumi təhsil müəssisəsinin müraciəti və ya nazirliyin təşəbbüsü əsasında həyata keçirilir. Qrif verilməsi üçün dərsliyin qiymətləndirilməsini həyata keçirmək məqsədilə nazirlik tərəfindən müvafiq sahədə 10 ildən artıq pedaqoji təcrübəsi və ya elmi dərəcəsi olan ən azı 3 nəfər mütəxəssis cəlb edilir. Bu mümkün olmadıqda, dərsliyin qiymətləndirilməsinə daha az sayda mütəxəssis cəlb edilə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*