Azərbaycanda bu halda süni zəlzələ baş verə bilər – Dağıdıcı gücü isə…backend

Azərbaycanda bu halda süni zəlzələ baş verə bilər - Dağıdıcı gücü isə...

Neft və qaz hasilatı zamanı yerin dərinliklərinə maye vurulması prosesi bəzi hallarda süni zəlzələlərin yaranmasına səbəb ola bilər. Maraqlıdır, bu proses hansı fiziki mexanizmlər nəticəsində baş verir və belə hallarda zəlzələlərin dağıdıcı gücü nə qədər ola bilər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən seysmoloq Qulam Babayev bildirib ki, bu proses “enduksiya olunmuş seysmiklik” adlanır və yalnız müəyyən fiziki şərtlər mövcud olduqda baş verir.

Seysmoloqdan Azərbaycanla bağlı bədbin proqnoz: Zəlzələ olacaq - VİDEO

“Müəyyən enerji toplanmalıdır və kritik nöqtəyə gəlməlidir. Dərinliklərdə baş verən yer dəyişmələr artıq kritik vəziyyətə çatırsa, süxurlar arasında yüksək gərginlik yaranır. Bu halda xaricdən edilən müdaxilə (maye vurulması) zəlzələyə təkan rolunu oynaya bilər.”

Qulam Babayev qeyd edib ki, neft və qaz hasilatı zamanı həyata keçirilən “hidrofraktura” və ya ikinci hasilat üçün su vurulması kimi proseslər süxurlar arasındakı məsamə təzyiqini dəyişir:

“Yeraltı süxurların məsamələri daxilində təbii qaz və maye olur. Xaricdən əlavə maye vurulduqda bu məsamələrdə təzyiq artır, nəticədə süxurlar arasındakı toqquşma qüvvəsi azalır, çatlar boyunca bağlılıq zəifləyir. Əgər həmin sahədə kifayət qədər enerji toplanıbsa, bu balans pozularaq süni zəlzələyə səbəb ola bilər.”

Seysmoloq vurğulayıb ki, belə zəlzələlərin maqnituda və dağıdıcı gücü adətən kiçik olur:

“Belə zəlzələlər hiss oluna bilər, lakin dağıdıcı xarakter daşımır. Əgər hadisə böyük dərinlikdə baş verərsə, onun təsiri səthə zəif ötürülür. Ancaq səthə yaxın baş verərsə, məsələn, 3.1 maqnitutalı zəlzələ 8-10 kilometr məsafədə hiss olunur.”

Babayev əlavə edib ki, süni zəlzələlərin yaranması üçün seysmik sükut dövrü, -yəni uzun müddət ərzində bölgədə hər hansı seysmik fəallığın müşahidə olunmaması mühüm rol oynayır.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*