Azərbaycanda bu il referendum olacaq? – Hökumətdən açıqlamabackend

Azərbaycanda bu il referendum olacaq? - Hökumətdən açıqlama

Son vaxtlar Azərbaycanda yeni Konstitusiya qəbul olunacağı, bu il ərzində referendum keçiriləcəyi barədə məlumatlar yayılır.

KONKRET.az xəbər verir ki, hökumətdəki mənbələrdən APA-ya bildirilib ki, Azərbaycanın hazırkı gündəliyində belə məsələ yoxdur.

“Gündəlikdə Konstitusiya ilə bağlı dəyişiklik müzakirəsi yoxdur. Belə bir dəyişikliyə hazırlaşmırıq. Bəzi deputatlar səviyyəsində aparılan müzakirələrin hansı məqsəd daşıdığı, bu informasiyaların hansı zərurətdən yarandığı da bizə məlum deyil” deyə, mənbə bildirib.

Qeyd edək ki, bu il Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkədə “Konstitusiya və suverenlik ili” elan olunub.

Dövlət başçısının sərəncamında “Konstitusiya və Suverenlik ili” nin elan olunmasının səbəbi göstərilib.

Sərəncamda qeyd olunub ki, Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq bu il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*