Bu şəhərlərdə yaşayanların nəzərinə! Güclü qar gəlirbackend

Bu şəhərlərdə yaşayanların nəzərinə! Güclü qar gəlir

Qardaş ölkədə qış sərt üzünü göstərməyə başlayıb.

KONKRET.az xəbər verir ki, Türkiyə Meteorologiya Nazirliyindən bugünlə bağlı əhaliyə xəbərdarlıq edilib.

Məlumata əsasən, Türkiyənin bəzi bölgələrində qar yağışı gözlənilir. Kayseri vilayətinin Tomarza rayonunda səhər saatlarında arabir qar yağışı müşahidə ediləcək, intensivlik gözlənilmir; ümumi qar örtüyü 1-3 sm arasında dəyişəcək. Erzurum vilayətinin Çat rayonunda isə günorta saatlarında qar yağışı gözlənilir, təxminən 1 sm-ə qədər qar örtüyü əmələ gələ bilər.

Bununla yanaşı, bəzi yüksək dağlıq ərazilərdə də qar yağışı ehtimalı var. Məsələn, Hakkari və Şırnak bölgələrinin yüksək hissələrində qar yağışı proqnozlaşdırılır.

Qeyd edək ki, Türkiyənin şimal, mərkəzi və şərq bölgələrində havanın temperaturu 5-9 dərəcə aşağı enəcək. Xüsusilə Qərbi və Şərqi Qara dəniz bölgəsinin daxili hissələri ilə Ardahan və Hakkarinin yüksək bölgələrində qar yağışı gözlənilir./Yenisabah.az

  • Murad
    Yanvar 23, 2025 - 12:23

    1-3 sm guclu qar adlandiran xeber agentliyi getsin xiyar pomidor yetisdirsin. Reyting xetrine agziniza geleni yazirsiz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*