Azərbaycanda bu şəxslər evlə təmin olunacaq – RƏSMİbackend

Azərbaycanda bu şəxslər evlə təmin olunacaq - RƏSMİ

“Qarabağ Universitetində çalışacaq müəllim və işçi heyəti yaşayış yeri ilə təmin ediləcək”.

KONKRET.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil almış, həmin müəssisələrdə akademik fəaliyyətlə məşğul olan azərbaycanlı ziyalıların bu universitetdə tədris prosesinə cəlbi nəzərdə tutulur.

“Bildiyiniz kimi ötən gün artıq Qarabağ Universitetinə proqram rəhbəri vəzifəsi üzrə ilk vakansiya elan edilib. Digər vakansiyalar da açıq şəkildə elan ediləcək. Əsasən, yaxın ərazilərdən olan professor-müəllim heyətinin prosesə cəlb edilməsi nəzərdə tutulur. Ali təhsil müəssisəsi tələbə-müəllim əməkdaşlığı əsasında qurulacaq və burada yeni tədris modelləri tətbiq olunacaq” – Emin Əmrullayev əlavə edib.

  • Arzu
    Fevral 29, 2024 - 22:59

    Mən 35 ildir ibtidai sinif müəllimiyəm Ammakirayədə yaşayıram.Görəsən Azad olunmuş rayonların məktəblərinin birində işləyə bilsəm ,mənə də ev verərlər?

    • İlham
      Mart 1, 2024 - 12:27

      35 ildə işləsəniz bəlkə.

    • Farix
      Mart 3, 2024 - 10:18

      Ammakariyə hansı ölkədi? Pekinin yanındadı?

  • Nəzakət
    Mart 3, 2024 - 09:26

    Salam.Qarabağ Azəbaycanımızın ürəyidir. BEIƏ Bir Təhsil müəssisəsində çalışmaq çox qürurverici olardı.İngilis dili müəllimi kimi mən də öz töhfəmi vermək istərdim. Hal hazırda çox gözəl işim var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*