“Azərbaycanda COVID-19-un ikinci dalğası olmayacaq” – Məşhur azərbaycanlı həkimbackend

“Azərbaycanda COVID-19-un ikinci dalğası olmayacaq” - Məşhur azərbaycanlı həkim

Son günlər Azərbaycanda koronavirusa yoluxanların sayının iki rəqəmliyə düşməsi və tətbiq edilən yumşalmalar bir növ qaranlıq tuneldə qəfil yanan işıq effekti verir. İnsanlar, nəhayət ki, sevinməyə başlayır və ağrılı-acılı günlərin geridə qaldığına ümid edirlər.

Mütəxəssislərin fikirləri isə fərqlidir. Bəziləri vəziyyətin tədricən düzələcəyini deyir, bəziləri isə payızda baş verəcək ikinci dalğadan danışırlar.

KONKRET.az xəbər verir ki, tanınmış oftalmoloq Paşa Qəlbinur bu barədə “Sherg.az”a münasibət bildirərkən nikbin proqnoz verib:

“Azərbaycanda ikinci dalğa olmayacaq. Buna coğrafi mövqeyimiz imkan verir. Əlbəttə, proqnozum səhv də ola bilər. Lakin mən falçı deyiləm, fikrimi elmi araşdırmalara, təcrübələrimə uyğun deyirəm. Hələ aylar əvvəl demişdim ki, koronavirusdan ən az əziyyət çəkən ölkə Azərbaycan olacaq. Proqnozumun özünü doğrultduğunu gördünüz. Payız üçün isə yaxşıya ümid edək”.

  • məmiş
    Avqust 13, 2020 - 19:12

    məşhur olsa da yaxşı həkim və ziyalılığına böyük şübhələr var…nur yox, pul, pul….

məmiş üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*