Azərbaycanda daha bir bank ləğv edilir? – Mərkəzi Bankdan AÇIQLAMAbackend

Azərbaycanda daha bir bank ləğv edilir? - Mərkəzi Bankdan AÇIQLAMA

Azərbaycanın yeganə regional bankı “Naxçıvan Bank” ASC-nin kredit portfeli “Kapital Bank” ASC-yə ötürülüb.

KONKRET.az xəbər verir ki, bununla bağlı məlumatı “Report”a Azərbaycan Mərkəzi Bankından (AMB) təsdiqləyiblər.

Bununla belə, tənzimləyici qurum bəyan edib ki, portfelin satılması “Naxçıvan Bank”ın lisenziyasının ləğv ediləcəyi demək deyil:

“Bu, bankın biznes strategiyasına daxil olan məsələlərdəndir. “Naxçıvan Bank”ın maliyyə dayanıqlığı göstəriciləri AMB-nin müəyyən etdiyi requlyativ tələblər çərçivəsindədir, Bankın lisenziyasının geri çağırılması gündəmdə deyil”.

Xatırladaq ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 94 milyon manatdır. Bankın səhmlərinin 63,66%-i Hüseyn Məmmədova, 26,52%-i Rüfət Məmmədova (Müşahidə Şurasının üzvü), 9,82%-i isə Binnət Novruzova (Müşahidə Şurasının sədri) məxsusdur.

  • Eli
    Dekabr 11, 2023 - 09:18

    Az pul mart
    leyobank

  • Eli
    Dekabr 11, 2023 - 09:20

    Bunlardan otru ozme qest edecem meni sixwdirirlar
    Azpul mart reklami metrolarakimi vurlib leyobankkarti

Eli üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*