Azərbaycanda dəhşətli hadisə: İşçi müdirini güllələdibackend

Azərbaycanda dəhşətli hadisə: İşçi müdirini güllələdi

Daxili İşlər Nazirliyi (DİN) Salyanda baş verən silahlı insident barədə məlumat açıqlayıb.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan KONKRET.az-a bildirilib ki, hadisə bu gün səhər saatlarında rayon ərazisində yerləşən fermaların birində baş verib.

Fermada çalışan R.Salmanov aralarında yaranmış mübahisə zəminində fermanın sahibi F.Misgərliyə odlu silahdan atəş açaraq xəsarət yetirib.

R.Salmanov polis əməkdaşları tərəfindən saxlanılıb və ondan bir ədəd təklüləli ov tüfəngi maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*