Azərbaycanda dərslər yanvarda başlayacaq? – RƏSMİ AÇIQLAMAbackend

Azərbaycanda dərslər yanvarda başlayacaq? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı mart ayından dayandırılan tədris prosesinin nə zaman başlayacağı barədə qərara aydınlıq gətirilib.

KONKRET.az xəbər verir ki,  Təhsil Nazirliyinin mətbuat xidmətinin rəbəri Cəsarət Valehov Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə Nazirlər Kabinetinin 30 may tarixli sərancamını şərh edib. O, qeyd edib ki, 2019-2020-ci tədris ilinin sonunadək Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasını və bununla bağlı bütün tədbirlərin təxirə salınmasını təsbit edir. Bu tarix də əvvəlki illərdə olduğu kimi, 14 iyun 2020-ci ilə təsadüf edir.

“Bir çox insanlar 2019-2020-ci tədris ilinin yekunu, yəni 14 iyun tarixini 2020-ci təqvim ilinin son tarixi ilə dəyişik salırlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*