25.06.2025-ci il tarixində saat 16:55 radələrindən başlayaraq 28 nəfər (18-u kişi, 10-u qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
Bu barədə KONKRET.az-a TƏBİB-dən məlumat verilib.
Bildirilir ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və vəziyyətləri stabil qiymətləndirilib.
“Hazırda onların müalicəsi tibb müəssisəsinin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir”, – qurumdan qeyd olunub.
****
Tovuz rayonunda dönərdən kütləvi zəhərlənmə faktı qeydə alınıb.
KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, bir neçə nəfər zəhərlənmə diaqnozu ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Onlar arasında azyaşlı da var. Hazırda həmin şəxslərin müalicələri davam edir.