Azərbaycanda elektrik enerjisinin qiyməti iki dəfə artırılır? – RƏSMİ AÇIQLAMAbackend

Azərbaycanda elektrik enerjisinin qiyməti iki dəfə artırılır? – RƏSMİ AÇIQLAMA

“Azərişıq” ASC elektrik enerjisinin qiymətinin artırılması üçün Tarif Şurasına müraciət etməyib.

KONKRET.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC sədrinin müşaviri Tanrıverdi Mustafayev Pravda.az-ın sorğusuna cavab olaraq bildirib.

T.Mustafayev qeyd edib ki, sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlar həqiqəti əks etdirmir.

Qeyd: Yayılan məlumatlara əsasən, əhali üçün bir kilovat elektrik enerjisinin qiyməti 14 qəpiyə qaldırılır. Hazırda 300 kilovatadək 7 qəpik, limit keçdikdən sonra isə 11 qəpik hesablanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*