Azərbaycanda əmək müqavilələrinin sayı açıqlandıbackend

Azərbaycanda əmək müqavilələrinin sayı açıqlandı

Azərbaycanda əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 465 431 vahid artaraq bu il iyunun 1-nə 1 milyon 887 min 346-ya çatıb.

Bu barədə KONKRET.az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, bu illər ərzində qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 451 200 vahid artaraq 991 122 olub.

“Təşviq əsaslı vergi siyasətinin əmək bazarına müsbət təsirləri davam edir”, – deyə məlumatda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*