2023-cü il noyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1729,4 min nəfər olub.
Dövlət Statistika Komitəsindən (DSK) KONKRET.az-a verilən məlumata görə, onlardan 896,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 832,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 19,1 faizi təhsil, 18,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9 faizi sənaye, 8,4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5 faizi tikinti, 6,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,7 faizi peşə, elmi və texniki fəaliyyət, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,1 faizi maliyyə və sığorta fəaliyyəti, 14,7 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
2023-cü ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,3 faiz artaraq 921,1 manat təşkil edib.
İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Qanızın içinə zibil olsun minumum əmək haqqın qaldırın ee ortanı neynirik orta əmək kaqqın qohumlarız alır qaea millət minumum əmək haqqı alır
Yalansa sizə nə deyim. Başlığı elə yazırsan elə bil əməkhaqqı artımı olub.
Azerbaycan nagillari davam edir
Yazdıqlarımız nazirlərə aitdir Azərbaycan Dövlət aqrar universitetinə baxın görün təsərrüfat və texniki işciler necə alır 300 manat
Azərbaycan Dövlət aqrar universitetində texniki və təsərrüfat işçileri 300 manat əməkhaqqı alır bu nə yalanlardi maaş nə vaxt qalxıb