Azərbaycanda ət niyə bahalaşıb? – İLGİNC SƏBƏBLƏRbackend

Azərbaycanda ət niyə bahalaşıb? - İLGİNC SƏBƏBLƏR

Son günlər paytaxt bazarlarında mal ətinin, xüsusilə erkək dana ətinin qiyməti artıb. Əvvəl kiloqramı 15 manata satılan ət indi bəzi yerlərdə 15 manat 50 qəpik, bəzi qəssabxanalarda isə 16 manata təklif olunur. Bəs Azərbaycanda ət qiymətlərinin bahalaşmasının səbəbləri nədir?

Mövzu ilə bağlı iqtisadçı Cəfər İbrahimli KONKRET.az-a bildirib ki, qiymət artımına bir neçə əsas amil təsir edir.

Cəfər İbrahimli: Əlavə dəyər yaratmaq baxımından bir hektarda ən az 2 ton  pambıq becərilməsi çox vacibdir - AZƏRTAC

Onun sözlərinə görə, hazırda ölkəyə ət idxalı artsa da, son iki ilin statistikası göstərir ki, ölkədə heyvanların sayı azalıb:

“Yem qiymətlərinin baha olması səbəbindən fermerlər damazlıq heyvanları vaxtından əvvəl satışa çıxarıb. Nəticədə damazlıq heyvanların sayı azalıb və bu da ətlik heyvanların artımını zəiflədib. Heyvanların baş sayı aşağı düşəndə isə bazarda təklif azalır, bu da qiymət artımına gətirib çıxarır.”

Cəfər İbrahimli qeyd edib ki, yay mövsümündə adətən ətə tələbat azalır. Lakin bu il turizm sahəsinin inkişafı fonunda belə bir azalma müşahidə olunmur:

“Bu mövsümdə iribuynuzlu və xırdabuynuzlu heyvanlar yaylaqlara aparılır və satışa çıxarılmır. Bu da bazarda təklifin azalmasına səbəb olur.”

Ekspert əlavə edib ki, son üç ayda yem məhsulları, o cümlədən yonca, arpa və buğdanın qiyməti aşağı düşüb. Bu da ətin istehsalında maya dəyərinin azalmasını dəstəkləyə bilər. Amma buna baxmayaraq, bazarda heyvan azlığı qiymətlərin qalxmasına səbəb olur:

“Son aylarda ət qiymətlərində artım müşahidə olunsa da, bu, o qədər də yüksək deyil. İnflyasiya rəqəmlərini də nəzərə alsaq, qiymət artımı ümumi iqtisadi tendensiyalarla üst-üstə düşür,” – deyə İbrahimli vurğulayıb.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*