Azərbaycanda hansı avtomobillər daha populyardır? – AÇIQLAMAbackend

Azərbaycanda hansı avtomobillər daha populyardır? - AÇIQLAMA

Paytaxt Bakıdakı tıxaclar, yanacağı bahalılığı və digər amillər sürücülərin ənənəvi avtomobil markalarından imtinasını şərtləndirir. İndi hər kəs kiçik şəhər avtomobillərinə üstünlük verir. Bu isə ölkədəki populyar avtomobil markalarının siyahısındakı dəyişikliyə səbəb olmaqdadır.

Maraqlıdır, hazırda Azərbaycanda ən populyar avtomobil markaları hansılardır?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasına icraçı direktor Eyyub Əliyev bildirib ki, hazırda Azərbaycanda daha çox elektrik və hibrid avtomobillərə üstünlük verilir:

“Elektrik və hibrid avtomobillərə xüsusi güzəştlər olduğundan həmin nəqliyyat vasitəsinə maraq daha böyükdür. Onlar həm ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsidir, həm də ekonomdur. Elektrik avtomobili gömrük rüsumundan azaddır. Onların park faizinin ilkin ödənişi digərlərindən fərqli olaraq 50 faiz yox, 10%-dir”.

Nəqliyyat eksperti Aslan Əsədov hesab edir ki, ölkədə daha çox Avropa və Cənubi Asiya istehsalı olan avtomobillərə üstünlük verilir:

“Hazırda daha ekonom avtomobillərə üstünlük verilir. Eləcə də öz iqtisadi səmərələliyinə görə tanınan Avropa və Cənubi Asiya istehsalı olan maşınlara maraq artıb. Marka adı çəkmək istəmirəm, amma bu nəqliyyat vasitələrinə üstünlük verilməsinin səbəbi ehtiyat hissələrinin, xidmət və servislərinin əlçatan olmasıdır. Bu nəqliyyat vasitələri həmçinin şəxsi istifadə üçün daha ekonom və sürətlidir”.

Aygün Mirakif

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*