Azərbaycanda həftəsonu qadağası bitdibackend

Azərbaycanda həftəsonu qadağası bitdi

Həftəsonu Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi tədbirləri başa çatıb.

KONKRET.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək bəzi məhdudiyyətlər tətbiq edilib.

Qərara əsasən, fəaliyyətinə icazə verilmiş sahələrdə çalışanlar istisna olmaqla, vətəndaşların yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*