“Ölkəmizin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyi möhkəmləndirilməsi, ordu quruculuğunun daha da müasirləşdirilməsi, Ermənistanın genişmiqyaslı militarizasiya siayəsitnə qarşı cavab tədbirlərinin görülməsi müdafiə və təhlükəsizlik xərclərinin artırılmasını labüd edib”.
KONKRET.az Unikal-a xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.
O bildirib ki, müdafiə və milli təhlükəsizlik xərclərinə növbəti ilin büdcə xrəclərinin 20,3 faizi həcmində, 8 milyarda 396 milyon manat məbləğində vəsait nəzərdə tutulub.