Azərbaycanda hiss edilən zəlzələlər baş verəcək – Seysmoloqdan SENSASİYAbackend

Azərbaycanda hiss edilən zəlzələlər baş verəcək - Seysmoloqdan SENSASİYA

Türkiyə və İranda son vaxtlar müşahidə olunan zəlzələlər regiondakı seysmik aktivliyi artırır. Bəs, Türkiyə və İranda tez-tez zəlzələ olması Azərbaycanın seysmik təhlükəsizliyinə necə təsir göstərir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən seysmoloq Qulam Babayev qeyd edib ki, hər bir bölgənin özünəməxsus seysmik xüsusiyyətləri var:

Seysmoloqdan Azərbaycanla bağlı bədbin proqnoz: Zəlzələ olacaq - VİDEO

“Hər seysmik ocağın öz həndəsəsi, qırılmaların hərəkətləri, intensivliyi və dərinliyi fərqlidir. Türkiyə və İranda baş verən yeraltı təkanlar region zəlzələləri kimi qiymətləndirilir. Azərbaycan da bu proseslərdən kənarda qala bilməz. Çünki qonşu seysmik ocaqlar hərəkətdə olduğu halda Azərbaycanın sabit qalması fizika qanunlarına ziddir”, – deyə o, bildirib.

Ekspertin sözlərinə görə, Azərbaycanın geodinamikası regiona nisbətən daha az intensivdir. Bununla belə, ölkədə hər gün müxtəlif aşağı güclü zəlzələlər baş verir və bunlar yalnız cihazlarla qeydə alınır:

“Azərbaycanda 3,5–4,5 maqnitudalı zəlzələlərin baş verməsi qaçılmazdır. Burada əsas amillərdən biri hadisənin hansı dərinlikdə qeydə alınmasıdır. Əgər zəlzələ 8 km dərinlikdə baş verirsə, onun səthə təsiri daha güclü ola bilər. Lakin daha dərin qatlarda eyni gücdə zəlzələ baş verərsə, bu, səthdə demək olar ki, hiss olunmur”, – Q. Babayev əlavə edib.

Seysmoloqun fikrincə, regiondakı seysmik aktivliyi nəzərə alaraq, Azərbaycan üçün də hiss edilən zəlzələlər qaçılmazdır.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*