Azərbaycanda istilik verilməsi vaxtı dəyişdiriləcəkbackend

Azərbaycanda istilik verilməsi vaxtı dəyişdiriləcək

İstiliyin verilməsinın dəyişdirilməsi ilə bağlı İşçi Qrup yaradılıb.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “İstilik təchizatı haqqında” yeni qanun layihəsinin müzakirəsində “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev deyib.

O bildirib ki, dağ, dağətəyi və aran rayonlarında istiliyin verilməsi müddətləri tənzimlənəcək:

“Artıq daxil olan müraciətlər İşçi Qrupda araşdırılır”.

Qeyd edək ki, Azərbaycanda payız-qış mövsümü noyabr ayının 15-dən başlayır və növbəti ilin aprel ayının 15-nə qədər davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*