Sizi qeydiyyatdan çıxarırlarsa, kompensasiya ala bilərsiniz – Yalnız BU HALDA…backend

Sizi qeydiyyatdan çıxarırlarsa, kompensasiya ala bilərsiniz - Yalnız BU HALDA...

Vətəndaşların daimi yaşayış yerindən qeydiyyatdan (propiskadan) çıxarılması zamanı kompensasiya hüququnun olub-olmaması tez-tez müzakirə edilir. Maraqlıdır, qeydiyyatdan çıxarılarkən kompensasiya hüququ varmı?

Mövzu ilə bağlı hüquqşünas Turan Abdullazadə KONKRET.az-a açıqlamasında bildirib ki, əgər şəxs 2009-cu ilədək mənzildə qeydiyyata alınıbsa və başqa yaşayış yeri yoxdursa, həmin şəxsə eyni şəraitli mənzildə 3-5 il müddətində kirayədə qalmaq üçün kompensasiya ödənilməlidir. Bu halda, Mülki Məcəllənin 228-ci maddəsi tətbiq olunur.

Vəkil Turan Abdullazadə Ad gününüz mübarək! » XeberTime.Az

“Lakin əgər qeydiyyat 2009-cu ildən sonra baş tutubsa, məsələn, şəxs qaynanasının və ya qaynatasının evində qeydiyyata alınıbsa, bu halda kompensasiya hüququ yaranmır. Çünki 2009-cu ildən etibarən Mənzil Məcəlləsinin 30-cu maddəsi qüvvəyə minib və həmin tarixdən sonra qeydiyyat mülkiyyət hüququ yaratmır”.

Vəkil qeyd edir ki, hər iki halda, əgər şəxs qeydiyyatdan çıxmağa razı deyilsə, mülkiyyətçi onu qeydiyyatdan çıxarmaq üçün mütləq şəkildə məhkəməyə müraciət etməlidir. Bu proses yalnız məhkəmə qərarı ilə həyata keçirilə bilər.

“2009-cu ildən sonra qayınana və ya qayınatanın evində qeydiyyata alınmış şəxslər, onlara hər hansı hüquqi tələb irəli sürə bilməzlər. Belə hallarda, əgər mülkiyyətçi ilə qeydiyyatda olan şəxs arasında hansısa tanışlıq və ya qohumluq əlaqəsi yoxdursa və qeydiyyat formal xarakter daşıyırsa, ilk növbədə polis orqanına müraciət edilməli, qeydiyyatdan çıxarılmaq üçün imtina məktubu alınmalı, daha sonra isə inzibati məhkəməyə müraciət ünvanlanmalıdır”.

Aynurə İsmayıl

KONKRET.az

  • Roma
    Yanvar 22, 2026 - 12:11

    : Salam hər vaxtınız xeyir olsun Mənim keçmiş yoldaşim və 2 uşaq 2009 cu ildə boşananan sora evlə bağli iddia qaldirmişdi evə koçurmə və istifadə qaydalari muəyyən olunmasi barədə evə kocurmə təmin olundu istifadə qaydaları müəyyən olması təmin olunmadı. köçürülmədə qeydiyyata görə oldu .köçürmə icrada olundu xitamda verildi. sonra isə istifadə qaydalarına dair apellasiya məhkəməsinə verdi vaxti oturduyu ucun apellasiya məhkəməsi iddiani təmin etmədi hal hazirda evdə o vaxtan qeydiyyatdadilar evdə. anamın adina texpasportla idi çıxarış yox idi.ev 2021 ci ildə yandı Anam rəhmətə getdi. Ev yenidən tikildi ikinci nigahda olan yoldaşimla birgə tikildi. yeni evdə mənə vərəsəliklə keçibdi çıxarışda alındi Yeni sənəd. keçmiş yoladaşımnan olan buusaqlarin artiq 17 və birinində 19 yaşi var 3 də evdə qeydiyyatdadı evin indi cixarisi var o vaxtdan 17 ildi yaşamillar evdə.inzibati məhkəməyə verib qeydiyyatdan çixara bilərəm? yəni onların yeni evlə iddiası ola bilər? Kompensasiya tərkibi var burda? Bu işin prespektivi var? Xaiş edirəm cavablandirarsizda.
    2006 ci ildə düşub qeydiyyata

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*