Azərbaycanda kombayn istehsal ediləcəkbackend

Azərbaycanda kombayn istehsal ediləcək

Bu ilin sonunda Rusiyanın “Rostselmaş” müəssisəsi Azərbaycanda taxılyığan kombaynların istehsalını işə salmağı planlaşdırır.

KONKRET.az bu barədə Rusiya KİV-lərinə istinadən məlumat verir.

Qeyd olunur ki, maşınlar “Azərmaş” zavodunda yığılacaq.

“Rostselmaş”ın satış departamentinin direktoru Andrey Kolesnikovun sözlərinə görə, Azərbaycanda NOVA 340 taxılyığma kombaynlarının istehsalı planlaşdırılır: “Bu kombayn ölkə fermerləri arasında çox populyardır və dəfələrlə öz etibarlılığını və məhsuldarlığını təsdiq edib. Azərbaycanda bu taxılyığma kombaynına tələbat artır”./Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*