Xızıda məktəb direktorunun meyiti işlədiyi məktəbdən tapılıb.
KONKRET.az xəbər verir ki, hadisə Xızı rayonunun mərkəzi məktəbində qeydə alınıb.
1959-cu il təvəllüdlü Fazil İsmayıl oğlu Məmmədovun axşam yaşadığı ünvandan idman etmək məqsədi ilə çıxdığı, lakin bu gün səhər saatlarında direktoru olduğu məktəbdə meyitinin tapıldığı bildirilir.
Meyit aidiyyəti üzrə təhvil verilib, fakt araşdırılır.//Apa