Azərbaycanda məşhur müğənni həbs olundu – ANBAAN GÖRÜNTÜLƏRbackend

Azərbaycanda məşhur müğənni həbs olundu - ANBAAN GÖRÜNTÜLƏR

Azərbaycanda tanınmış müğənni Elmir Qəhrəmanov həbs olunub.

KONKRET.az xəbər verir ki, Elmir məhkəmənin qərarı ilə 1 il 6 ay azadlıqdan məhrum edilib.

O, təxminən bir il öncə azadlığa çıxsa da, eyni cinayət əməlini (Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələri əldə etmə tövsifini) cəmi 5 ay sonra təkrarlayıb. Məhkəmə onu işə baxılana kimi zaminə buraxıb, lakin proses uzun çəkdiyindən müğənni barəsində məhkəmənin yekun hökm qərarı bu qədər uzanıb.

Musiqi aləmində “Azərbaycanın İbrahim Tatlısəsi” kimi tanınan Elmirin yaxınlarının Titul.az-a verdiyi məlumata görə, sənətçi narkotik asılılığından əziyyət çəkdiyi üçün reablitasiya mərkəzlərindən birində müalicə aldıqdan sonra bu pis vərdişdən tamamilə uzaqlaşıb. Onun barəsində indi həbs cəzasının verilməsi reablitasiya dövründən öncə törətdiyi cinayət əməlinə görədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*