Azərbaycanda müəllimlər qəzaya düşdü – Ölən varbackend

Azərbaycanda müəllimlər qəzaya düşdü - Ölən var

Şəmkirdə minik maşının aşması zamanı ölən və xəsarət alanların adları məlum olub.

KONKRET.az unikal.az-a istinadən xəbər verir ki, ölən şəxs avtomobildə olan sərnişin 1994-cü il təvəllüdlü H.İsmayılovadır.

Xəsarət alanlar sürücü 2001-ci il təvəllüdlü Ş.Hüseynova və avtomobildə olan sərnişin 2021-ci il təvəllüdlü Əlidir.

Qeyd edək ki, qəzada ölən H.İsmayılova və xəsarət alan Ş.Hüseynova Şəmkir rayonun Dəllər Cırdaxan kənd orta məktəbinin müəllimləri olub.

Faktla bağlı araşdırma aparılır.
***

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Avtomobil idarəetmədn çıxaraq yolun kənarına aşıb. Nəticədə 1 nəfər ölüb, azyaşlı xəsarət alıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*