Azərbaycanda narkotikanı təbliğ edən musiqiçi saxlanıldı – FOTObackend

Azərbaycanda narkotikanı təbliğ edən musiqiçi saxlanıldı - FOTO

İlkin Çərkəzoğlu (Hüseynli) adı ilə sosial şəbəkələrdə narkotik vasitələrdən istifadəni musiqili videolarla təbliğ edən şəxs narkoloji dispanserə yerləşdirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən KONKRET.az-a verilən məlumata görə, İlkin Hüseynli saxlanılaraq polis idarəsinə gətirilib. Onunla profilaktik söhbət aparılıb.

İ.Hüseynli səhvini səmimi şəkildə etiraf edib və o, narkotik maddələri təbliğ etdiyi videoları könüllü olaraq sosial şəbəkələrdən silib.

Eyni zamanda onun üzərinə baxış zamanı şəxsi istifadəsi üçün əldə etdiyi narkotik maddə olan marixuana da aşkarlandığından onun barəsində inzibati tənbeh tədbiri görülüb.

O, məhkəmənin qərarı ilə məcburi müalicə üçün narkoloji dispanserə yerləşdirilib, araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*