Azərbaycanda polkovnik-leytenant boksçu qızı ilə birlikdə federasiyanı məhkəməyə verdi – FOTObackend

Azərbaycanda polkovnik-leytenant boksçu qızı ilə birlikdə federasiyanı məhkəməyə verdi - FOTO

Azərbaycanlı xanım boksçu Emili Rzayeva atası Emil Rzayevlə birlikdə Muay-Tay və Uşusan Federasiyasını məhkəməyə verib.

KONKRET.az xəbər verir ki, “Qaynarinfo”nun məlumatına görə, sözügedən şəxslər mülki işlə bağlı məhkəməyə müraciət ediblər.

Emili Rzayeva Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Emil Rzayevin qızıdır.

Qeyd edək ki, o, Azərbaycan boksunun tarixində ilk Avropa çempionu adını qazanan xanım idmançımızdır. Rzayeva həmçinin uşusanda-budo üzrə dünya kubokunun qalibi, boks üzrə MDB ölkələriarası və beynəlxalq turnirlərin mükafatçısı, kikboksda K-1 versiyası üzrə Avropa və dünya çempionudur, idman ustasıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*