Azərbaycanda polkovnik vəfat etdi – Fotobackend

Azərbaycanda polkovnik vəfat etdi - FOTO

Ehtiyatda olan polkovnik Yavər Məcidov vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıblar.

Qeyd edək ki, Məcidov Yavər Məhəmmədəli oğlu 1951-ci il iyulun 17-də Zəngilan rayonunda anadan olub.

Birinci Qarabağ müharibəsi zamanı ehtiyatda olan baş leytenant Yavər Məcidov Zəngilan rayonunda yaradılan hərbi hissədə şəxsi heyətlə iş üzrə komandir müavini kimi xidmətə başlayıb.

Daha sonra Y.Məcidov Müdafiə Nazirliyi Siyasi və Sosial İşlər İdarəsində Sosial Hüquq Müdafiəsi şöbəsinin baş təlimatçısı-şöbə rəisinin müavini təyin edilib.

O, həmçinin Müdafiə Nazirliyinin Siyasi və Sosial işlər idarəsində hərbi qulluqçuların Sosial-Hüquq Müdafiəsi və Hərbi İntizamın Təhlili şöbəsinin rəisi vəzifəsində çalışıb.

Bundan əlavə, polkovnik Y.Məcidov Müdafiə Nazirliyinin Təhsil, Tədris və Elmi Tədqiqatlar idarəsində müxtəlif vəzifələrdə xidmət edib./Modern.az

Azərbaycanda polkovnik vəfat etdi - Foto
  • Arzu Alıyeva
    İyul 20, 2021 - 23:12

    Allah rehmet etsin! Ruhu şaddir ki,torpagi azad olduqdan sonra vefat edib. Allah Şehidlerimize rehmet etsin!

Arzu Alıyeva üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*