Azərbaycanda pullarını geri ala bilməyən sələmçi qardaşlar BIÇAQLANDIbackend

Azərbaycanda pullarını geri ala bilməyən sələmçi qardaşlar BIÇAQLANDI

Ağsu rayonunda qardaşlar bıçaqlanıb.

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, rayon ərazisində iki qardaşla dörd nəfər arasında baş verən mübahisə qardaşların bıçaqlanması ilə nəticələnib.

Belə ki, Zəka və Orxan Fazilzadələr sələmə pul vermək işi ilə məşğul olublar. Pulu geri ala bilmədikləri üçün Amil Quliyev, Üzeyir Şirazlı, Fəxrəddin Bayraməlizadə və Alı Nəcəfli ilə aralarında mübahisə yaranıb.

Nəticədə A.Quliyev O.Fazilzadəni, F.Bayraməlizadə isə Z.Fazilzadənin bıçaqlayaraq xəsarət yetirib.

Mübahisədə iştirak edən dörd nəfər saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*