Azərbaycanda rus bölmələri bağlanacaq? – Nazirdən açıqlamabackend

Azərbaycanda rus bölmələri bağlanacaq? - Nazirdən açıqlama

Elm və təhsil naziri Emin Əmrullayev rus dilində tədrisin dayandırılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

KONKRET.az xəbər verir ki, nazir ADA Universitetində “Sertifikatlaşdırma 2025: peşəkar müəllim–keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib ki, Azərbaycanda rus bölmələri bağlanacaq deyə bir şey yoxdur.

“Bizdə rus bölmələri var. Həmin məktəblərin yaxşı nəticələri də var. Belə məsələlərdə rəsmi xəbərlərə diqqət etmək lazımdır. Azərbaycanda bütün məktəblər Azərbaycan məktəbidir və onlar bu dili yaxşı bilməlidir. İki məsələni bir-birinə qatmaq olmaz. Biz də istəyirik ki, bizim uşaqlar rus dilini, digər dilləri də yaxşı bilsin. Amma bir dili öyrənmək dövlət dilini kənarda qoymamalıdır”, – nazir qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*