Azərbaycanda su ehtiyatları azalıbbackend

Azərbaycanda su ehtiyatları azalıb 

Azərbaycana çaylar vasitəsilə daxil olan suyun həcmi azalıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə məlumat verib.

“2019-cu ildə daxil olan suyun həcmi 2018-ci ilə nisbətən 4 milyard kubmetr az olub. Məsələn, təkcə Samur çayı üzrə illik göstərici 1,8-2 milyard kubmetrdən 800 milyon kubmetrə düşüb. Bundan başqa, Azərbaycanın göllərinin tutumu 21 milyard kubmetr olsa da, son iki ildə bu rəqəm 10 milyard kubmetrə düşüb. Ümumiyyətlə, 5 ildir ki, quraqlığa görə su qıtlığı müşahidə edilir.

Buna görə də, sudan səmərəli istifadə vacib məsələdir. Hazırda ölkədəki su ehtiyatlarının 70%-i suvarma işləri, qalan 30%-i isə məişət və su elektrik stansiyasılarında enerji əldə edilməsi üçün istifadə edilir. Bu üç istiqamətin bir-birilə uyğunlaşdırılması vacibdir” – deyə o, qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*