Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov tutduğu vəzifədən azad olunub.
KONKRET.az-ın məlumatına görə, bu barədə Ə.Qasımov özü məlumat verib.
“Yaş həddinə görə işimə xitam verildi. Hazırda işdən ayrılmışam və evimdəyəm”, – deyə Ə.Qasımov bildirib.
Məlumat üçün qeyd edək ki, Ə.Qasımov on ildən artıq idi Gəncə Dövlət Dram Teatrının direktoru vəzifəsində çalışırdı. Hazırda direktor vəzifəsini onun müavini əvəz edir./Axar.az