Azərbaycanda təbii qaz tarifləri tənzimləndibackend

Azərbaycanda təbii qaz tarifləri tənzimləndi

Ölkəmizdə təbii qaz üzrə mövcud ölkədaxili orta tarif maya dəyərindən aşağıdır. Bu, iqtisadi zərərin qarşısının alınması, rentabelliliyin təmin edilməsi və bu sahəyə investisiyaların artırılması üçün yeni tarif tənzimləməsi zərurəti yaradıb.

KONKRET.az xəbər verir ki, bu barədə Tarif Şurası məlumat yayıb.

Bildirilib ki, dövlətin sosial siyasəti və enerji resurslarından səmərəli isfadənin təşviqi məqsədilə istilik təchizatı üçün çoxmənzilli binaların mərkəzləşdirilmiş qazanxanalarına verilən 1 kub metr təbii qazın tarifi dəyişdirilməyib.

Əhali üzrə illik istehlak həcmi:

– 1200 kub metr olan hissə üçün 1 kub metr təbii qazın tarifi 0,5 qəpik (yarım qəpik, 4,2%) artırılaraq 12 qəpikdən 12,5 qəpik həddində;

– 1200 kub metrdən 2500 kub metrədək olan hissə üçün 2 qəpik (10%) artırılaraq 20 qəpikdən 22 qəpik;

– 2500 kub metrdən çox olan hissə üçün 5 qəpik (20%) artırılaraq 25 qəpikdən 30 qəpik məbləğində təsdiqlənib.

– 1 kub metr təbii qaz üzrə orta tarifəhali üzrə 1,3 qəpik (8,7%) artırılıb.

Tarif dəyisikliyindən sonra əhali abonentlərinin orta aylıq xərcinin aşağıdakı kimi artması gözlənilir.

– 48% abonent üzrə – 32 qəpik,

– 39% abonent üzrə – 1 manat 43 qəpik,

– 13% abonent (daha çox istehlak edən) üzrə – 7 manat 46 qəpik.

Göründüyü kimi, əhalinin 48%-i üçün 1 kub metr təbii qazın tarifi maksimum aşağı səviyyədə – 0,5 qəpik (yarım qəpik, 4,2%) artırılıb.

Elektrik istehsalında istifadə olunan təbii qazın tarifi 2 qəpik (12,1%) artırılaraq 16,5 qəpikdən 18,5 qəpik səviyyəsində, sənaye və kənd təsərrüfatı sahələri üzrə 1 kub metr təbii qazın tarifi 2 qəpik (9%) artırılaraq 22 qəpikdən 24 qəpik həddində müəyyənləşdirilib.

Təbii qaz üzrə tariflərin müqayisəsi

Göstəricilər Tariflər (qəpik/m3, ƏDV ilə)
Əvvəlki Yeni
1. Təbii qazın pərakəndə satışı
1.1. Əhali
1.1.1. illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün 12,0 12,5
1.1.2. illik istehlak həcminin 1200 – 2500 m3-dək (2500 m3 daxil) hissəsi üçün 20,0 22,0
1.1.3. illik istehlak həcminin 2500 m3-dən çox olan hissəsi üçün 25,0 30,0
1.2. Qeyri-əhali
1.2.1. çoxmənzilli yaşayış binalarının mərkəzi isitmə və isti su ilə təchiz edilməsi məqsədilə təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslər və “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti 16,5 16,5
1.2.2. sıxılmış təbii qazın (CNG) satışını həyata keçirən qazdoldurma məntəqələri 16,5 18,5
1.2.3. metanol və karbamid məhsullarının istehsalında xammal kimi istifadə məqsədilə 20,0 20,5
1.2.4. sənaye və kənd təsərrüfatı sahələri 22,0 24,0
1.2.5. digər sahələr 25,0 28,5
2. Magistral qaz kəmərlərinə birbaşa qoşulmaqla ölkə daxilində satılan elektrik enerjisinin (bu qərarın 5-ci bəndində göstərilən istehlakçılar istisna olmaqla) istehsalı məqsədləri üçün (aylıq istehlakı 10 milyon m3-dən az olmamaq şərti ilə) 16,5 18,5
  • Məzahir
    Yanvar 2, 2025 - 13:07

    Nə cavab yazaq? Daha deməyə sözümüz yoxdur!!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*