“Avqustun 25-nə olan məlumata görə, 134 ölkədə təhsillə bağlı qərar verilib”.
KONKRET.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.
“63 ölkədə məktəblər açılıb, 54 ölkədə məktəblərin açılacağı tarix bəlli olub, 34 ölkədə isə bu istiqamətdə hələ də müzakirələr aparılır”, – nazir əlavə edib.
O bildirib ki, qüvvədə olan normaya görə bütün təhsil müəssisələrində tədris sentyabrın 15-də bərpa edilir:
“Amma epidemioloji vəziyyət nəzərə alınmalıdır”.