Azərbaycanda türklər deputat olmaq istəyir – Bunun üçün kamera qarşısına keçdilər – VİDEObackend

Azərbaycanda türklər deputat olmaq istəyir - Bunun üçün kamera qarşısına keçdilər - VİDEO

Xaçmazın Müşkür kəndində yaşayan axısqa türkləri Parlamentdə onların da nümayəndəsinin olmasını istəyirlər. Onlar növbəti Parlament seçkilərində Milli Məclisdə təmsil olunmaq arzusundadırlar.

KONKRET.AZ bildirir ki, istək və tələblərini dövlət başçısına, həmçinin yuxarı dövlət instansiyalarına daha rahat çatdırmaq üçün axıskalılar bu təklifi irəli sürürlər.

Uzun illərdir Xaçmazda məskunlaşan bu zəhmətsevər xalq öz əməyi sayəsində hüzurlu yaşayır. Axısqalılar Prezident İlham Əliyevin onlar üçün yaratdığı şəraitdən razıdır. Ölkə başçısı tərəfindən görülən islahatları qənaətbəxş hesab edirlər. Xüsusilə də aparılan kadr islahatları, yaşlı kadrların cavan nəsillə əvəz olunması sahəsində görülən işlər axısqalıların ürəyincədir.

Qeyd edık ki, axısqa türkləri 75 ildir doğma yurdlarından sürgün olunub. Onlar dünyanın müxtəlif yerlərinə səpələnib. Azərbaycan 1950-ci illərdə axısqalıları qəbul edərək onları öz torpaqlarında yerləşdirib. Hazırda Bakı, Xaçmaz, Quba, Saatlı, Sabirabad və digər şəhərlərdə axısqalılar yaşayır.

Bu gün axısqa türkləri ABŞ, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və digər ölkələrdə də ömür-gün sürürlər.

KONKRET.AZ kamera qarşısına keçən axısqa türklərinin müraciətlərini təqdim edir:

Hazırladı: Cəlal FƏRZƏLİYEV, Günel MÜSEYİB

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*