Azərbaycanda uşaq bağçası yandı – FOTObackend

Azərbaycanda uşaq bağçası yandı - FOTO

Ucar rayonunda körpələr evi-uşaq bağcası yanıb.

KONKRET.az-ın xəbərinə görə, hadisə gecə saatlarında rayonun Kücəkənd kənd körpələr evi-uşaq bağcasında baş verib.

Belə ki, ümumi sahəsi 320 kvadratmetr və 10 otaqdan ibarət olan bağca tamamilə yanaraq yararsız vəziyyətə düşüb.

Hadisə yerinə FHN-nin Ucar və Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğın söndürülərək digər ərazilərə keçməsinin qarşısı alınıb. İlkin ehtimala görə, hadisəyə səbəb elektrik naqillərində baş verən qısaqapanma olub.

Fakt araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*