Azərbaycanda vəzifəli şəxsin oğlu HƏBS EDİLDİ – Xəzər TV-də də ÇALIŞIBMIŞbackend

Azərbaycanda vəzifəli şəxsin oğlu HƏBS EDİLDİ - Xəzər TV-də də ÇALIŞIBMIŞ

Bakı Mühəndislik Universitetinin təsərrüfat şöbəsinin müdiri Eldar Səmədovun oğlu Səməd Səmədov dələduzluq üstündə həbs olunub.

KONKRET.az  demokrat.az-a istinadən xəbər verir ki, Səməd Səmədov Nərimanov rayon polis əməkdaşları tərəfindən saxlanılaraq məhkəməyə gətirilib.

Məhkəmənin qərarı ilə Səməd Səmədov AR Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Səməd Səmədov Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun oğlu Şamxal Həsənli Xəzər TV-yə rəhbərlik edən dövrdə bu telekanalda da çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*