Azərbaycanda yaşlı qadın evində qətlə yetirildi – VİDEObackend

Azərbaycanda yaşlı qadın evində qətlə yetirildi - VİDEO

Sumqayıtda qətl hadisəsi baş verib.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayonunda qeydə alınıb.

Təxminən 65 yaşında olan və tənha yaşayan Züleyxa adlı qadının meyiti yaşadığı mənzildə aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Araşdırma zamanı qadının bıçaq xəsarətləri aldığı və qətlə yetirildiyi məlum olub. Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*