Azərbaycanda yüksək postları tutan məmurların neçə övladı var – SİYAHIbackend

Azərbaycanda yüksək postları tutan məmurların neçə övladı var - SİYAHI

Son illər Azərbaycanda yüksək vəzifələrə kadr islahatları aparılıb. Ölkəmizdə demək olar ki, nazirlərin əksəriyyəti dəyişdirilib.

KONKRET.az-ın məlumatına görə, Qaynarinfo 2013-cü ildən bu yana təyin olunan nazirlik, komitə və agetlik rəhbərlərinin övladları ilə bağlı xəbər hazırlayıb. Məlum olub ki, ölkəmizdə yeni təyin olunan nazirlik, komitə, agentlik rəhbərlərinin ən çox 4 övladı var.

Baş nazir Əli Əsədov – Ailəlidir, iki övladı var.

Müdafiə naziri Zakir Həsənov – Ailəlidir. Üç övladı var.

Müdafiə Sənayesi naziri Mədət Quliyev –  4 uşağı var. Murad və Qəzənfər adında iki oğlu, Xədicə və Umayra adında iki qızı var.

Daxili İşlər naziri Vilayət Eyvazov – Ailəlidir, üç övladı var.

İqtisadiyyat naziri Mikayıl Cabbarov – Evlidir, 2 övladı var.

Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov – Evlidir, 2 övladı var.

Təhsil naziri Emin Əmrullayev – Ailəlidir, 2 övladı var.

<

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev – Ailəlidir, 2 övladı var.  21 aprel 2018-ci ildə nazir vəzifəsinə gələndə bir övladı var idi.

Səhiyyə Naziri vəzifəsini əvəz edən Teymur Musayev – Ailəli və övladlarının olub-olmaması ilə bağlı dəqiq məlumat əldə edə bilmədik.

Kənd Təsərrüfatı Naziri İnam Kərimov – Evlidir, iki övladı var

kologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev – Ailəlidir, 2 övladı var

Energetka Naziri Pərviz Şahbazov – Ailəlidir. İki övladı var.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev- Ailəlidir, övladı yoxdur.

Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev  – Ailəlidir, 3 övladı var.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli – Ailəlidir, 3 övladı var.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev – Ailəlidir, 2 övladı var.

Bakı Metropoliteyninin sədri Zaur Hüseynov – Ailəlidir, bir oğlu və bir qızı var.

Xəzər Dəniz Gəmiçiliyinin sədri Rauf Vəliyev – Ailəlidir, iki övladı var.

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov – Evlidir, iki övladı var.

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev – Ailəli və övladlarının olub-olmaması ilə bağlı dəqiq məlumat yoxdur.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov – Evlidir.

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin işləri Üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev –  Ailəlidir, iki qızı və bir oğlu var.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova – Ailəlidir, bir qızı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*