Azərbaycanda yumurtanın qiyməti BAHALAŞDIbackend

Azərbaycanda yumurtanın qiyməti BAHALAŞDI

Azərbaycanda kənd yumurtasının qiyməti artıb.

KONKRET.az-ın məlumatına görə, bəzi marketlərdə yumurtanın qiyməti 40 qəpik olub.

Satış mərkəzlərində ağ yumurtanın qiymətinin 13-16 qəpik, kənd yumurtasının isə 33-40 qəpik arası olduğu müşahidə edilib.

Bəzi mağazalarda isə sarı broyler yumurtaların satışına rast gəlinmir.

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli Oxu.Az-a açıqlamasında bildirib ki, kənd yumurtasının qiymətinin artması tələbata görədir:

“Hazırda toyuqların kürt yatma dövrüdür. Bu səbəbdən kənd yumurtasının sayı azaldığına görə market və bazarlarda qiyməti artıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*