Meyiti binanın blokuna atılan Aytacın əri hərbçi imiş… – Dəhşətli qətlin təfərrüatıbackend

Meyiti binanın blokuna atılan Aytacın əri hərbçi imiş... - Dəhşətli qətlin TƏFƏRRÜATI

Qəbələdə 1999-cu il təvəllüdlü Aytac Əliyevanın doğranmış meyiti binanın blokunda zənbildə tapılıb.

KONKRET.az-ın məlumatına görə, hadisə Qəbələnin Zarağan kəndi ərazisindəki hərbi şəhərcik adlanan ünvanda baş verib.

Aytac Əliyeva məhz həmin binanın sakini olub. Məlumata görə, əslən Ağsu rayonundan olan Aytac əri ilə birgə sözügedən ünvanda yaşayıblar. Onun həyat yoldaşı Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müddətdən artıq xidmət edən hərbi qulluqçudur.

Meyitin binanın blokunda qalmasına gəlincə, qonşuların verdiyi məlumata görə, hadisəni törədən iki nəfər olub.

Onların iddiasına görə, iki maskalı şəxs  içində Aytacın bədəninin doğranmış hissələri olan zənbillə blokdan çıxarkən qonşulardan biri bunu görüb və qışqırmağa başlayıb. Nəticədə, onlar meyiti ataraq hadisə yerindən qaçıblar.

Faktla bağlı araşdırma aparılır. Qafqazinfo.az

14:19

Qəbələ rayonunda zibil qutularında bədənin hissələri tapılan meyitin kimliyi məlum olub.

KONKRET.az xəbər verir ki, meyiti tapılan qadın 1999-cu il təvəllüdlü Aytac Əliyevadır.

Qeyd olunub ki, gənc qadının həyat yoldaşı tərəfindən öldürüldüyü ehtimal olunur.

13:40

Qəbələ rayonunda gənc qadının hissələrə ayrılmış meyiti tapılıb.

KONKRET.az xəbər verir ki, dünən axşam saatlarında şəhər ərazisində məişət tullantılarının atıldığı qutudan qadın əli tapılıb.

Daha sonra qutularda sellofan torbalara yığılaraq atılmış meyitin digər hissələri aşkarlanıb.

Tapılan meyitin 20-25 yaşlarında olan gənc qadına aid olması ehtimal olunur.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*