Azərbaycanda ziyarətgahdan 30 min manatlıq qızıl saat tapıldı – VİDEObackend

Azərbaycanda ziyarətgahdan 30 min manatlıq qızıl saat tapıldı – VİDEO

Oğuz sakini tapdığı saatın sahibini axtardığını bildirib.

Belə ki, rayonun Kərimli kəndi ərazisində yerləşən və el arasında “Çərşənbaba” adlı ziyarətgahın dini icma sədri Əmir Kərimov təqribən 10-15 gün öncə ziyarətgahın önündə olan bulağın yanından saat tapıb.

KONKRET.az xəbər verir ki, Əmir Kərimov saatı tapdıqdan sonra ən yaxın dostlarına göstərib. Daha sonra o zərgərə üz tutub və saatın qızıl olmasını öyrənib. Aparılan araşdırma zamanı saatın xeyli baha olduğu aydınlaşıb. Qiyməti isə nə az, nə çox 30 min manat civarındadır.

Daha ətraflı Baku TV-nin süjetində:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*