Azərbaycandakı saytlar qlobal rikslərdən necə qorunsun? – “Sistem çöksə, heç nə edə bilmərik…”backend

Azərbaycandakı saytlar qlobal rikslərdən necə qorunsun? - “Sistem çöksə, heç nə edə bilmərik...”

Ötən gün “Cloudflare” kimi qlobal anti-DDoS xidmətlərində yaranan fasilələr digər ölkələrə təsir etdiyi kimi Azərbaycandan da yan keçmədi. Belə ki, ölkəmizdə 9000–dən çox milli resurs çökdü. Müzakirələr fonunda qlobal risklərdən qorunmaq məsələsi gündəmə gətilirdi, yerli təhlükəsizlik həlləri ilə qlobal xidmətləri birləşdirən hibrid modellərə keçid kimi təkliflər irəli sürüldü.

KONKRET.az xəbər verir ki, bununla bağlı pravda.az-ın sualların cavablandıran İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov isə deyib ki, Azərbaycan qlobal risklərdən xilas olmaq üçün heç nə edə bilməz.

“Məsələ bundadır ki, sayt sisteminin hamısı qlobal olaraq Amerikaya bağlıdır. Biz də həmin böyük qlobal sistemin tərkib hissəsiyik. Sistem çöksə, heç nə edə bilmərik. Azərbaycan burada heç bir rol oynamır. Bu bizdən asılı olmayan məsələdir”, – o deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*