Azərbaycandan Həcc ziyarətinin qiyməti bahalaşdı – RƏSMİbackend

Azərbaycandan Həcc ziyarətinin qiyməti bahalaşdı - RƏSMİ

Qafqaz Müsəlmanları İdarəsi bu il Həcc ziyarətinə getmək istəyən vətəndaşlar üçün qiymətləri təyin edib.

QMİ-dən KONKRET.az-a verilən məlumata görə, bir nəfərlik ziyarət paketinin qiyməti 5750 ABŞ dolları (9 775 AZN) təşkil edir.

Builki ziyarət Azərbaycanlı zəvvarlar üçün vahid formada təşkil olunacaq və təyyarə reysləri vasitəsi ilə həyata keçiriləcək.

Sənədlərin qəbulu 17 mart tarixindən başlanacaq.

Qeyd edək ki, bu məbləğ ötən il 5350 dollardır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*