Azərbaycandan Ukraynaya növbəti DƏSTƏKbackend

Azərbaycandan Ukraynaya növbəti DƏSTƏK

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Ukraynaya daha 100 tondan artıq yanacaq hədiyyə edilib.

KONKRET.az xəbər verir ki, bu barədə SOCAR-ın Ukraynadakı törəmə “SOCAR Energy Ukraine” şirkəti məlumat yayıb.

Məlumata görə, artıq 100 tondan artıq yanacaq təcili tibbi yardım və Fövqəladə hallar üzrə Dövlət Xidmətinin maşınlarına vurulub:

“Hazırda Ukraynanın istənilən yerində gecə-gündüz yardım göstərən hər bir həkim, xilasedici, yanğınsöndürən, könüllülərlə fəxr edirik. Yanacaqdoldurma məntəqəsindəki həmkarlarımıza işlərinə və cəsarətlərinə görə təşəkkür edirik”,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*