Azərbaycanı geri çəkilməyə məcbur etməliyik, ya da KTMT-nin hərbi qüvvəsindən istifadə edilməlidir – Ohanyanbackend

Azərbaycanı geri çəkilməyə məcbur etməliyik, ya da KTMT-nin hərbi qüvvəsindən istifadə edilməlidir - Ohanyan

“Azərbaycanı geri çəkilməyə məcbur etməliyik, ya da KTMT-nin hərbi komponentindən istifadə edilməlidir”.

KONKRET.az bunu Ermənistan müxalifət fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan deyib.

“Ermənistan ya Bakını işğal etdiyi əraziləri tərk etməyə məcbur etməlidir, ya da KTMT-dən hərbi yardım almalıdır.

Bakı başa düşmür ki, Ermənistan hakimiyyəti hansı güzgülü geri çəkilməsindən danışır: söhbət  Azərbaycanın nüfuz etdiyi ərazilərdən gedir, yaxud bütün sərhəd zonasından. Söhbət işğal zonalarından gedirsə, o zaman Bakı birtərəfli qaydada qoşunlarını çıxarmalıdır”, – Ohanyan sərsəmləyib.

Keçmiş müdafiə naziri bir az da irəli gedərək, Azərbaycanı təxribat törətməkdə günahlandırıb.

“Delimitasiya prosesi üçün düşmənlər qonşuya çevrilməli, qarışıq komissiya yaratmalıdır, lakin indiki aqressiv ritorika, təxribatlar və lokal hücumlarla Azərbaycanı qonşu saymaq olmaz”, – Ohanyan deyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*