Azərbaycanı təmsil edəcək FİFA hakimləri – SİYAHIbackend

Azərbaycanı təmsil edəcək FİFA hakimləri - SİYAHI

2020-ci ildə Azərbaycanı beynəlxalq oyunlarda təmsil edəcək FİFA hakimlərinin adları müəyyənləşib.

KONKRET.AZ xəbər verir ki, siyahıda 14 ədalət təmsilçisi yer alıb.

FİFA referiləri Əliyar Ağayev, Rəhim Həsənov, Rauf Cabarov, həmçinin köməkçilər Akif Əmirəli, Zeynal Zeynalov, Namik Hüseynov, Mübariz Haşımov, Elşad Abdullayev və Pərvin Talıbov siyahıya daxil edilib.

Futzalda Hikmət Qafarlı, çimərlik futbolunda İnqilab Məmmədov və Nail Nağıyev beynəlxalq arenadakı təmsilçilərimiz olacaq. Qadın futbolunda Yuliya Qurbanova referi, Gülnurə Əkbərzadə köməkçi kimi yer alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*