Azərbaycanın 26 vətəndaşı Sudandan təxliyə olundubackend

Azərbaycanın 26 vətəndaşı Sudandan təxliyə olundu

Sudandakı 26 Azərbaycan vətəndaşı Türkiyənin dəstəyi ilə təxliyə olunub.

KONKRET.az xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, indiyə kimi Türkiyə Sudandan 2061 nəfəri təxliyə edib. Onlardan 1763-ü Türkiyə, 298-i 22 fərqli ölkənin vətəndaşıdırlar. Onlardan 26-sı isə Azərbaycan vətəndaşlarıdır.

Xatırladaq ki, aprelin 15-də Sudanda Çevik Cavab Qüvvələri (ÇCQ) ilə ordu arasında toqquşma başlayıb. Hadisə nəticəsində 500-ə yaxın adam ölüb.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*