Azərbaycanın 3 idmançısı dopinqə görə CƏZALANDIRILDIbackend

Azərbaycanın 3 idmançısı dopinqə görə CƏZALANDIRILDI

Azərbaycanın üç idmançısı dopinqə görə cəzalandırılıb.

KONKRET.az AMADA-ya (Azərbaycan Milli AntiDopinq Agentliyi) istinadən xəbər verir ki, Səidə Əliyeva (taekvondo), Günel Vəliyeva (ağırlıqqaldırma) və Rövşən Xəlilov (pauerliftinq) yarışlardan diskvalifikasiya olunub.

Hər üç idmançının cəzalandırılmasına səbəb nümunələrində qadağan edilmiş maddələrin aşkarlanması olub. S.Əliyevada “furosemid”, G.Vəliyevada “methyltrienolon”, R.Xəlilovda isə “metandienone” aşkarlanıb.

S.Əliyeva yarışlardan iki, digər idmançılar isə dörd il müddətinə uzaqlaşdırılıb. Taekvondoçu ilə bağlı sanksiya başlama tarixi bu il fevralın 16-sı göstərilib.

Dörd illik cəzalandırılan G.Vəliyeva ilə bağlı sanksiyanın isə 2023-cü il sentyabrın 7-dən etibarən başladığı təsdiqlənib.

Pauerliftinqçi R.Xəlilovun cəzası isə 2021-ci il noyabrın 18-dən qüvvəyə minib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*