Azərbaycanın ali məktəblərində 182 min tələbə təhsil alırbackend

Azərbaycanın ali məktəblərində 182 min tələbə təhsil alır

“Hazırda Azərbaycanın ali təhsil müəssisələrində 182 min tələbə təhsil alır. Onlardan 167 mini bakalavrda, 15 mini isə magistraturada oxuyur”.

KONKRET.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Prezidentin müvafiq sərəncamı ilə həmçinin 11 500 tələbəyə sosial yardım göstərilib: “Bu gün ali təhsil alan tələbələrin 100-dən 56-sı dövlət hesabına oxuyur. Son illərdə dövlət sifarişli yerlərlə bağlı da müsbət dinamkianı müşahidə edirik. Hazırda I kursda oxuyan tələbələrin 60 faizdən artıq tələbənin təhsil haqqını dövlət ödəyir. Yerdə qalan hər bir tələbənin də belə bir probleminin olmasını güman etmək olmaz. Əksər tələbələrin nəzəri olaraq təhsil haqqını ödəmə problemi olmamalıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*